“Qərb Ukraynanı Rusiya ilə danışıqlara təhrik edir” - Kuleba

 09:17 29.07.2022     303

Kiyevin bir sıra Qərb tərəfdaşları qış yaxınlaşdıqca Rusiya ilə danışıqlar məsələsində maraqlı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rada telekanalının efirində bildirib.

O qeyd edib ki, enerji resursları ilə bağlı problemlərə görə bəzi Qərb dövlətləri Rusiya Federasiyası ilə sülh danışıqlarına başlamaq üçün fəal təkliflərlə çıxış edir.

“Biz Rusiyanın konstruktiv mövqeyinin reallığa uyğun olmadığını çox sakit şəkildə izah etməyə çalışırq”,- deyə nazir bildirib.

O, həmçinin əlavə edib ki, hazırda Ukrayna Moskvanın danışıqlara hazır olduğunu göstərən siqnallar görmür.