15 yaşlı oğlan 3 bacısını öldürdü

 09:20 29.07.2022     332

ABŞ-ın Alyaska ştatında dəhşətli ailə faciəsi baş verib.  

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki,  15 yaşlı oğlan 5, 8 və 17 yaşlı 3 bacısını tapança ilə öldürüb. Qətli törədən yeniyetmə daha sonra  tapança ilə başından vurub. Evdən silah səslərini eşidən qonşular qısa zamanda polisə xəbər veriblər. 

Hadisə yerinə gələn polis evdən 4 nəfərin cəsədini aşkarlayıb. Polis cinayət zaman uşaqların valideynlərinin evdə olmadığını bildirib.

 Alyaska Dövlət Qoşunlarının insidentinin səbəbləri araşdırır.