Rus işğalçılar Donbasda ağır itki verdilər

Ukraynanın Donbas vilayətində ruslara qarşı aktiv döyüşlər davam edir. Belə ki, son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Verşina və Semiqorye istiqamətində düşmənin hücumunu dəf edib və Vodian, Peski və Avdiivka bölgələrində ruslara itki verib.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz feysbuk səhifəsində məlumat yayıb.
"Baxmut istiqamətində Şumov, Baxmutski, Berestovoy, Pokrovski, Soledar, Yakovlevka, Baxmut, Vesela Dolina, Travnevoy, Zaitsevo və Verşina yaxınlığında atışma aparılır. İşğalçılar Soledar və Vesela Dolina yaxınlığında havadan zərbələr endiriblər. Verşina və Semiqorye istiqamətində düşmənin hücum əməliyyatı uğurla dəf edilib. 2 istiqamətdə düşmən kəşfiyyatı itkilərlə geri çəkildi”,- məlumatda bildirilib.
Nərmin Vüqarqızı