Moskvada yataqxanada 8 nəfər yanaraq öldü

Moskvanın cənubunda, Alma-Atinskaya küçəsində yerləşən yataqxanada yanğın baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində ən az 8 nəfər ölüb.
"Yanğın nəticəsində 8 nəfərin öldüyü müəyyən edilib, daha 3 nəfərin hazırda həkimlər tərəfindən müayinəsi davam etdirilir. Xilasedicilər dağıntıları təmizləməyə davam edir", - mənbə bildirib.
Qeyd edək ki, yanğın ümumi sahəsi 150 kvadratmetr olan 3 otaq və dəhlizi əhatə edib və fövqəladə hallar xidməti tərəfindən söndürülüb.
Nərmin Vüqarqızı