Ermənistanda atışma - Yaralılar var

Ermənistanda atışma olub.
Redaktor.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Bildirilib ki, İrəvanın Şenqavit rayonunda bir neçə nəfər arasında yaranan mübahisə qanlı hadisə ilə nəticələnib.
Qarşıdurma zamanı adları açıqlanmayan 3 nəfər, o cümlədən 36 yaşlı qadın və 49 yaşlı əri, habelə 20 yaşlı gənc xəsarət alıb.
Hadisə yerində qan izləri, AK-74 avtomatının gilizləri aşkarlanıb (modern.az).