Ukraynada daha 270 işğalçı MƏHV EDİLDİ

 10:45 29.07.2022     599

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 40500 (+270) canlı qüvvəsi, 1749 (+7) tankı, 3987 (+8) zirehli döyüş maşını, 900 (+6) artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 havadan müdafiə sistemi, 222 hərbi təyyarəsi, 190 helikopteri, 731 (+2) dronu, 174 qanadlı raketi, 15 gəmi/kateri, 2870 (+16) avtomobil texnikası və yanacaq çəni və 77 (+2) xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.

İLTİFAT