Yarış zamanı stadionda partlayış oldu

 18:47 29.07.2022     246

Əfqanıstanda kriket oyunu zamanı partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Kriket Şurası məlumat yayıb.

Yerli liqa matçı zamanı Kabilin əsas kriket stadionunda baş verən partlayışda 4 nəfər yaralanıb. Məlumata görə, oyunçulardan heç bir xəsarət almayıb (modern.az).