Estoniya rusiyalıları Avropa İttifaqına buraxmaq istəmir

 20:48 29.07.2022     372

Estoniya rusiyalıların Avropa İttifaqına girişinin bağlanması təklifi ilə çıxış edəcək.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu təşəbbüslə Estoniya xarici işlər naziri Urmas Reinsalu çıxış edib.

Nazir bu təşəbbüsü onunla izah edib ki, Estoniya tərəfindən vizaların verilməsi dayandırıldıqdan sonra Rusiya vətəndaşları Şengen zonasının digər dövlətlərində aldıqları vizalarla ölkəyə gəlməyə davam edirlər.

“Avqustun sonunda mən Praqada digər ölkələrin xarici işlər nazirləri ilə görüşəcəm və sonra ümumavropa məhdudiyyətləri ilə bağlı plan təqdim edəcəyəm”, - deyə Reinsalu bildirib.