İstanbul boğazında hərəkət dayandırıldı - VİDEO

 22:55 29.07.2022     211

İstanbul boğazında hərəkət dayandırılıb.Buna səbəb Misirdən Bolqarıstana səyahət edərkən gəmidə yaranan nasazlıq olub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsinin sosial media hesabında məlumat verilib.

“Bələdçi kapitanımız və “KURTARMA-12” və “NAZIM TUR” yedək gəmilərimiz Misirdən Bolqarıstana səfər edən və Yavuz Sultan Səlim körpüsü yaxınlığında nasazlıq yaranan 134 metr uzunluğundakı “SPARTA” gəmisinə yönəldilib. Nasazlığın aradan qaldırılması ilə bağlı işlərə başlanılıb”, - deyə verilən açıqlamada bildirilib.

Nasazlıq səbəbindən Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.