"Xarici agent" olan rus yazıçıların siyahısı artır

Rusiya Ədliyyə Nazirliyi Dmitri Bıkov, Yevgeniya Albats və Dmitri Aleşkovskini xarici agent KİV-lər siyahısına daxil edib.
Redaktor.az xəbər verir ki, müvafiq dəyişikliklər idarənin rəsmi saytında öz əksini tapıb.
Dmitri Bıkov rusiyalı yazıçı, şair və publisist, tənqidçi, jurnalist və müəllimdir; Evgeniya Albats - rusiyalı siyasi jurnalist, politoloq, ictimai xadim və yazıçı, “The New Times” jurnalının baş redaktorudur; Dmitri Aleşkovski - rusiyalı ictimai xadimi, jurnalist və media meneceridir.
Hər üç soyad iyulun 29-da 170, 171 və 172 nömrələri ilə reyestrə əlavə edilib.