Qırmızı bülletenlə axtarışda olan PKK terrorçusu MƏHV EDİLDİ

 10:34 30.07.2022     751

Türkiyə Milli Kəşfiyyat İdarəsinin Suriyada keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının üzvü Nüsrət Tebiş zərərsizləşdirilib.

Redaktor.az “Anadolu”ya istinadən xəbər verir ki, o, "nöqtə əməliyyatı" nəticəsində məhv edilib.

Qeyd edək ki, Nüsrət Tebiş 2008-ci ildə Güngörəndə törədilən terrorun şübhəlilələrindəndir. Güngörəndə terrorçu bombalı hücumu nəticəsində 17 nəfər ölüb, 90 nəfər yaralanıb.

2