Ruslar Xarkovda məktəbi dağıtdılar

 11:06 30.07.2022     1846

Ukraynanın Xarkov vilayətinə rusların raket hücumu nəticəsində orta məktəbin üç mərtəbəli binası qismən dağılıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətindən məlumat verilib.

"Gecə düşmən Xarkova raket zərbəsi endirib. Məktəb binası qismən dağılıb", - məlumatda bildirilib.

Xarkova raket hücumu səhər saatlarında baş verib. Zərərçəkənlər barədə məlumat yoxdur.

Nərmin Vüqarqızı