Ukraynada daha 170 işğalçı MƏHV EDİLDİ

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun40670(+170) canlı qüvvəsi, 1759 (+10) tankı, 3995 (+8) zirehli döyüş maşını, 906 (+6) artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 havadan müdafiə sistemi, 222 hərbi təyyarəsi, 190 helikopteri, 733 (+2) dronu, 174 qanadlı raketi, 15 gəmi/kateri, 2889 (+19) avtomobil texnikası və yanacaq çəni və 78 (+1) xüsusi texnikası məhv edilib.
Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.
Nərmin Vüqarqızı