Rusiya bu ölkəyə qaz nəqlini dayandırdı

 11:55 30.07.2022     202

Rusiyanın “Qazprom” şirkəti bu gündən etibarən Latviyaya təbii qaz nəqlini dayandırıb.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət açıqlayıb.

Bildirilib ki, buna səbəb Latviya tərəfinin Rusiyadan qaz alışı şərtlərini pozması olub. 

Xatırladaq ki, “Qazprom” şirkəti aprelin 27-si Bolqarıstanın “Bulqarqaz” və Polşanın “PGNIG” şirkətlərinə qaz nəqlini dayandırıb. Şirkətdən bildirilib ki, Rusiyaya “qeyri-dost” münasibəti nümayiş etdirən ölkələr aprelin 1-dən Rusiya qazına görə ödənişləri rubl ilə etməlidirlər.