İran İsveç vətəndaşını casusluq ittihamı ilə həbs etdi

 14:35 30.07.2022     161

İranın İnformasiya və Təhlükəsizlik Nazirliyi (ETTELAAT) İsveç vətəndaşını casusluq ittihamı ilə həbs edib.

Redaktor.az xəbər verir ki, məlumatı “İran international” yayıb.

Adı açıqlanmayan həmin şəxs bir neçə dəfə İrana səfər edərək müxtəlif şəhərlərə, o cümlədən turizmə aidiyyəti olmayan ərazilərə gedib.

Nazirlik iyulun 30-da yaydığı məlumatda qeyd edib ki, İsveç vətəndaşı həmin səfərləri zamanı İranda nəzarət altında olan şübhəli avropalı və qeyri-avropalılarla görüşlər keçirib.

Qeyd edək ki, iyulun 14-də İsveç məhkəməsi İran əsilli keçmiş prokuror köməkçisi Həmid Nuri barəsində ömürlük həbs qərarı çıxarıb. İsveç vətəndaşının casuslu ittihamı ilə həbsi bu həbslə əlaqələndirilir.

İsveç polisi 60 yaşlı H.Nuri 2019-cu ilin noyabrında Arland hava limanında saxlayıb. O, 1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında 67 məhbusun edam olunmasına iştirakına görə mühakimə edilib.

H.Nuri İranın keçmiş ali rəhbəri ayətullah Ruhullah Xomeyninin göstərişi ilə yaradılan 7 nəfərlik komitədə prokuror köməkçisi işləyib.

Xatırladaq ki, İranın indiki Prezidenti İbrahim Rəisi də “ölüm heyəti” adlanan komitənin 7 üzvündən biri olub (report).