Nensi Pelosinin Asiya səfərinə görə Çində müharibə siqnalı VERİLDİ

 17:18 30.07.2022     224

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Asiya ölkələrinə səfəri başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, onu səfər zamanı ABŞ Hərbi Dəniz Donanmasının “Ronald Reyqan” aviadaşıyıcısı müşaiyət edir. Bundan başqa Tayvan adasında da “Chiayi Air Base” qırıcıları havaya qalxıb. Tayvan Taoyuan beynəlxalq hava limanına Hava Hücumundan Müdafiə Sistemi yerləşdirib.

Çin hərbi təlimlər çərçivəsində Tayvan boğazını bağlayaraq regionda, Tayvan adasına 120 km yaxınlıqda yerləşən Futszyan əyalətində 220 km-dək məsafədəki hədəfi vura biləcək “PHL-16” reaktiv yaylım atəşi sistemi yerləşdirib.

Qeyd edək ki, Nensi Pelosi Asiya turnesi çərçivəsində Yaponiya, Cənubi Koreya, Sinqapur və Malayziyaya səfəri nəzərdə tutulub. Onun Tayvana da gedəcəyi ehtimal olunur. Çin səfərdən əvvəl bildirmişdi ki, Nenesi Pelosi Tayvana gedərsə, onun təyyarəsinin vuracaq. Bununla bağlı hətta Çinin müvafiq hərbi birləşməsinin saytında “Müharibəyə hazır ol!” şüarı yayılmışdı (report.az).