Saakaşvili siyasətdən gedir

 19:46 30.07.2022     150

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili siyasətdən gedir.

Redaktor.az xəbər verir ki, bu barədə keçmiş prezidentin vəkili Valeri Qelbaxiani “İmedi” telekanalının efirində bildirib.

Saakaşvili yaratdığı və üzvü olduğu Vahid Milli Hərəkat Partiyasından da istefa verəcək.

Qeyd edək ki, eks-prezidentin siyasəti tərk etməsinə səbəb kimi onun səhhətdə problemlərin olması göstərilir.