Polşa bu silahları Ukraynaya hədiyyə edəcək

 20:35 30.07.2022     165

Polşa Ukraynaya səkkiz “Krab” özüyeriyən haubitsa verəcək.

Bu barədə Redaktor.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd olunub ki, iyun ayında Kiyevlə imzalanmış müqavilədə göstərilən avadanlıqlar artıq alıcıya təhvil verilməyə hazırdır və hazırda son rəsmiləşdirmələr aparılır, bundan sonra haubitsalar Ukrayna ərazisinə çatdırılacaq.

Hazırda bir qrup Ukrayna hərbçisi Polşada “Krab” özüyeriyən silahlarından istifadə və onlara xidmətlə bağlı təlim keçir. Silahlar Ukrayna tərəfinə pulsuz olaraq təhvil veriləcək