İsveçrə Çini Tayvana görə HƏDƏLƏDİ

“Əgər Çin Tayvanı işğal edərsə, o zaman ona qarşı sanksiyalar tətbiq olunacaq ki, bu da Rusiya əleyhinə olanlardan daha sərt olacaq”.
Redaktor.az xəbər verir ki, bunu İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin rəhbəri Mari-Qabriel İneyxen-Fleyş “Neue Zuercher Zeitung” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Çinə qarşı sanksiyaların tətbiqi Avropa İttifaqı və ABŞ-da, eləcə də İsveçrədə daha çox müzakirələrə səbəb olacaq:
“Amma ümid edirəm ki, heç vaxt belə olmayacaq”.