Gürcüstanda azərbaycanlılar toyda atəş açdı – VİDEO

 22:13 30.07.2022     205

Marneuli bələdiyyəsinin İmir kəndi ərazisində toy karvanı zamanı qanundan kənar hərəkətlərə yol verilib.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video kadrlar yayılıb.

Yayılan kadrlarda görünür ki, toy karvanında gənclər insanların olduğu ərazidə silahdan istifadə edir və avtomobillə qanunsuz drift hərəkətlərə yol verirlər.

Məlumata əsasən, artıq sözügedən faktla bağlı polis araşdırmaya başlayıb.

Gürcüstan DİN-dən bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriş aldıqdan dərhal sonra faktla bağlı araşdırmalara başlayıblar.

Polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində qanun pozucuları qısa müddətdə müəyyən edilərək cərimələniblər.