Bayden yenidən koronovirusa YOLUXDU

 23:09 30.07.2022     267

ABŞ Prezidenti Co Bayden yenidən koronovirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb.

O bildirib ki, bu gün COVID üçün verdiyi test müsbət nəticə verib.

“Bu, çox az sayda insanlarda olur. Heç bir əlamət yoxdur, amma ətrafımdakı hər kəsin təhlükəsizliyi üçün özümü təcrid edəcəm. Mən hələ də işdəyəm və tezliklə yoluma davam edəcəyəm”, - Bayden yazıb.

Qeyd edək ki, Bayden bir neçə gün əvvəl koronavirusdan sağalmışdı.