"Conson özünü qadın kimi təqdim edə bilər" - Zaxarova

 23:26 30.07.2022     274

“Böyük Britaniyanın Baş naziri Boris Conson NATO-nun yeni Baş katibi postu uğrunda mübarizədə iştirak etmək istəyirsə, özünü qadın kimi təqdim edə bilər”.

Redaktor.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında yazıb.

Brüsseldə beynəlxalq qurumlardakı mənbədən bildirib ki, Consonun NATO-nun Baş katibi vəzifəsinə namizəd olmaq şansı yoxdur, çünki o, qadın deyil və bu alyansa qəbul olunmuş dövlətləri təmsil etmir.

Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək. Ötən həftə Böyük Britaniyada Mühafizəkarlar Partiyasının üzvləri öz liderini seçmək üçün səsvermənin beşinci turunu keçirib. Nəticələrə görə, finala iki namizəd: xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak çıxıb.