Ukraynada daha 160 işğalçı MƏHV EDİLDİ - FOTO

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 40830 (+160) canlı qüvvəsi, 1763 (+4) tankı, 4004 (+9) zirehli döyüş maşını, 916 (+10) artilleriya sistemi, 259 (+1) reaktiv yaylım atəşi sistemi, 117 havadan müdafiə sistemi, 223 (+1) hərbi təyyarəsi, 190 helikopteri, 735 (+2) dronu, 174 qanadlı raketi, 15 gəmi/kateri, 2902 (+13) avtomobil texnikası və yanacaq çəni və 80 (+2) xüsusi texnikası məhv edilib.
Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.
İLTİFAT