İran-Əfqanıstan sərhədində atışma gedir

 15:46 31.07.2022     621

İran sərhədçiləri və “Taliban” silahlıları arasında İran-Əfqanıstan sərhədində silahlı toqquşma başlayıb.

Redaktor.az xəbər verir ki,  bunu Sistan və Bəlucistan əyalətinin Hilmənd rayonunun rəhbəri Meysam Barazande bildirib.

Sərhəddə atışma davam edir.

Meysam Barazande silahlı toqquşma nəticəsində mümkün tələfatın hazırda dəqiqləşdirildiyini söyləyib.

Qarşıdurmanın səbəbi açıqlanmayıb (apa).