Pakistanda zəlzələ oldu

 20:22 31.07.2022     336

Ərəbistan dənizinin Pakistan sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az TASS-a xəbər verir ki, bu barədə bazar günü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri 33 min nəfərdən çox əhalisi olan Pasni şəhərindən 14 km cənub-şərqdə, 30 km dərinlikdə yerləşib.

Tələfat, dağıntı və sunami təhlükəsi barədə məlumat verilməyib.