Balkanlarda yeni müharibə ocağı - Kosova Serbiyaya hücum edəcək?- VİDEO

Kosovonun şimalında yerləşən və əsasən serblərin yaşadığı Kosovska Mitrovitsa şəhərində həyəcan siqnalları və atəş səsləri eşidilir.
Redaktor.az xəbər verir ki, bu barədə "Kosov onlayn" portalı məlumat yayıb.
KİV-in məlumatına görə, Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Belə ki, Serbiya ordusu Kosovo ilə sərhəddə barrikadalar qurur, Kosovo xüsusi təyinatlıları isə sərhədə toplaşıb.
Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovonun bu gecə hücuma başlayacağını bildirib (modern.az).