Ərdoğan taxıla görə hökuməti toplayır

 22:47 31.07.2022     192

Avqustun 1-də Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Redaktor.az xəbər verir ki, iclasda Ukraynadan taxıl ixracına dair İstanbul sazişlərinin icrası və Ukraynakı vəziyyət müzakirə ediləcək 

Türkiyə hökumətinin iclasında iqtisadi məsələlərə və ölkədə koronavirusa yoluxma hallarının artmasına diqqət yetiriləcək.

İclasdan sonra Ərdoğan xalqa müraciət edəcək.