Ruslar erməni naziri Xankəndiyə buraxmadılar

 13:23 01.08.2022     423

Ermənistanın sabiq xarici işlər naziri, “İrs” partiyasının rəhbəri Raffi Ovannisyan Xankəndi şəhərinə buraxılmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, keçmiş XİN başçısı Azərbaycanın Xankəndi şəhərinə getmək istəsə də, Rusiya sülhməramlıları bu səfərə mane olub.

Partiya liderinə Azərbaycanın ərazilərinə qanunsuz səfərlərin qadağan olunduğu xatırladılıb.