Türkiyədə qırmızı bülletenlə axtarışda olan terrorçu MƏHV EDİLDİ

Türkiyənin təhlükəsizlik qüvvələri uğurlu antiterror əməliyyatı keçirib.
Redaktor.az xəbər verir ki, əməliyyat nəticəsində "Berxvedan Muş" ləqəbli təhlükəli terrorçu zərərsizləşdirilib.
PKK sıralarındakı qanunsuz fəaliyyətinə görə 2012-ci ildə Türkiyədə həbs olunan "Berxvedan Muş" qısa müddət sonra sərbəst buraxılıb.
O 2013-cü ildə yenidən PKK təşkilatının sırasına qoşulub.
Bir sıra terror cinayətlərində ittiham olunan "Berxvedan Muş" 2019-cu ildən başlayaraq Suriyanın Aynularab bölgəsində PKK-nın tunelqazma kimi qanunsuz işlərinə rəhbərlik edib.