Nensi Pelosi xəbərdarlığa baxmayaraq, Tayvana gedəcək - KİV

 16:16 01.08.2022     194

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Bayden hökumətinin xəbərdarlığına baxmayaraq, Tayvana səfər edəcəyi gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə CNN-ə adı açıqlanmayan ali səviyyəli Tayvan və ABŞ rəsmiləri bildiriblər.

Məlumata görə, Tayvana səfər Pelosinin ictimaiyyətə açıqlanan hazırkı səyahət planında əks olunmayıb. Tayvan rəsmisi Pelosinin gecə Taybeyə gəlməsinin gözlənildiyini qeyd edib.

ABŞ rəsmisi isə qeyd edib ki, Müdafiə Nazirliyinin rəsmiləri Pelosinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Çinin regiondakı aktivliyini davamlı olaraq monitorinq edirlər.