Çin ABŞ-ı hədələdi

“ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana səfər edərsə, Çin hakimiyyəti təsirli güc tədbirləri görəcək”.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian məlumat verib.
"Pelosi Tayvana səfər edərsə, bu, Çinin daxili siyasətinə kobud müdaxilə olacaq və çox ciddi nəticələrə gətirib çıxaracaq", - o vurğulayıb.
Diplomatın fikrincə, Pelosinin Tayvana səfəri Tayvan boğazında vəziyyət qarışacaq və Çin-ABŞ münasibətlərinə zərbə vuracaq:
“Çin mütləq qətiyyətli və təsirli əks tədbirlər görəcək",- o dedi.
Nərmin Vüqarqızı