Ukraynada 46 yaşayış məntəqəsi işğalçılardan TƏMİZLƏNDİ

Ukrayna ordusu Xerson vilayətinin 46 yaşayış məntəqəsini işğaldan azad edib.
Redaktor.az xəbər verir ki, bu barədə Xerson hərbi administrasiyasının rəhbəri Dmitri Butri bildirib.
“Xerson regionunda 46 yaşayış məntəqəsi işğaldan azad edilib, onların əksəriyyəti regionun şimalında, Dnepropetrovsk ilə Nikolayev ilə həmsərhəddir” - deyə Xerson rəsmisi region tamamilə işğaldan azad edilənədək əhalini təhlükəsiz yerlərə getməyə çağırıb.
Qeyd olunub ki, kəndlərin təxminən 90 faizi ruslar tərəfindən dağıdılıb.