ABŞ Ukraynaya yeni HIMARS sistemləri göndərdi

 19:02 01.08.2022     338

ABŞ Ukraynaya yeni HİMARS yaylım atəşli reaktiv sistemləri təhvil verib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Twitter" hesabında məlumat yayıb 

Bildirilir ki, bu dəfə Ukraynaya 4 ədəd raket sistemi çatdırılıb.

Nazir ABŞ Prezidenti Co Baydenə, həmkarı Lloyd Ostinə və Amerika xalqına təşəkkür edib.

"Bu silahları idarə edə bildiyimizi sübut etmişik",- Reznikov yazıb.

Qeyd edək ki, Ukrayna Rusiya ordusunun hücumunun qarşısını almaq üçün ABŞ-dan dəqiq zərbələr endirə bilən raket sistemləri istəyib. Vaşinqton Kiyevin tələbinə cavab verərək Ukraynaya dəqiq zərbələr endirə bilən HİMARS raket sistemləri göndərib (modern.az).