İran uranın zənginləşdirilməsini sürətləndirir

 22:05 01.08.2022     357

İranın Atom Enerjisi Təşkilatı uranın zənginləşdirilməsi üçün bir neçə yüz yeni sentrifuqanın işə salınması barədə göstəriş verib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsi Behruz Kamalvəndi bildirib.

“Bu gün bir neçə yüz yeni sentrifuqanın işə salınması əmri verilib”, - o, İran dövlət televiziyasında deyib.

Rəsmi əlavə edib ki, bu barədə MAQATE-yə məlumat verilib.

Vumart və Güvən reklamı Vumart Güvən