Almaniyada kömürlə işləyən elektrik stansiyaları işə salındı

 23:32 01.08.2022     199

Almaniyada əvvəllər söndürülmüş, lakin gözləmə rejimində qalan ilk kömür elektrik stansiyaları qaz təchizatı çatışmazlığı fonunda yenidən işə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “DPA” agentliyi Federal Şəbəkə Agentliyinə istinadən məlumat yayıb.

Elektrik stansiyası Hannover yaxınlığında yerləşir və Çexiyanın EPH konserni tərəfindən idarə olunur.

İyulun 14-də federal hökumət yaşıl enerjiyə keçidin bir hissəsi kimi əvvəllər bağlanmış kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini bərpa etməyə icazə verib. Bu, Almaniyanın kifayət qədər qaz almadığı şəraitdə daha çox elektrik enerjisi istehsal etmək üçün lazımdır.