“Nüvə təhlükəsi pik həddinə çatıb” - Quterreş

 02:21 02.08.2022     365

Dünyada nüvə silahından istifadə təhlükəsi soyuq müharibənin qızğın vaxtından bəri görünməmiş səviyyəyə çatıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Nüvə Silahlarının Yayılmaması Müqaviləsi iştirakçısı olan ölkələrin icmal konfransının açılışında bildirib.

“Bəşəriyyət Xirosima və Naqasakiyə endirilən zərbələrdən alınan dərsləri unutmaq təhlükəsi ilə üz-üzədir. Geosiyasi gərginlik yeni zirvələrə çatıb”, - deyə o, bəyan edib.

 

Vumart və Güvən reklamı Vumart Güvən