İspaniyada zoomağazalarda heyvanların satışı qadağan edildi

 09:02 02.08.2022     258

İspaniyanın Nazirlər Şurası (hökumət) heyvanların qorunması ilə bağlı qanun layihəsini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, ölkə parlamentində baxılacaq qanun layihəsi heyvanlarla amansız rəftar və ya öldürülməyə görə 200 min avroya qədər cərimə və həbs cəzalarını nəzərdə tutur.

İspaniya hökuməti ev heyvanlarını evsiz qoymağa qərar verən insanlara qarşı tədbir görməyi təklif edir. Belə ki, heyvanları zoomağazalarda satmaq və onların zərər verə biləcəyi şoularda istifadə etmək qadağandır