“Əl-Qaidə” lideri MƏHV EDİLDİ

 09:23 02.08.2022     454

ABŞ-ın Əfqanıstanda keçirdiyi antiterror əməliyyatı nəticəsində “Əl-Qaidə” terror təşkilatının rəhbəri Ayman əl-Zəvahiri öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ kəşfiyyatı tərəfindən Ayman əl-Zəvahirin yeri ilin əvvəlində müəyyən edilib. Aylarla onun hərəkətləri izlənilib və ailəsi ilə birlikdə Kabildə təhlükəsiz evdə yaşadığı üzə çıxıb.

71 yaşlı Əl-Zəvahiri Usamə bin Ladendən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi. O, ABŞ-da törədilən 11 sentyabr terror aktının təşkilatçısı kimi tanınırdı.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən