Tayvan Pelosinin səfəri üçün hərbi hazırlığı gücləndirir

 10:22 02.08.2022     144

Xəbər verdiyimiz kimi, bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri gözlənilir.

Redaktor.az Tayvan Mərkəzi Xəbər Agentliyinin (CNA) məlumatına istinadən xəbər verir ki, Tayvan ordusu döyüş hazırlığını gücləndirib, Çin ordusu isə bölgədə təlimlərini davam etdirib.

Məlumata görə, avqustun 2-si Kiyev vaxtı ilə saat 01:00-dan avqustun 4-ü saat 07:00-a qədər Tayvan milli ordusu döyüş hazırlığını artıracaq.

Nərmin Vüqarqızı