Ukraynanın bu vilayətlərini ruslar yenidən atəşə tutdu

Ukraynanın Donbas vilayətində gün ərzində Rusiyanın atəşi nəticəsində 3 nəfər dinc sakin həlak olub, daha 3 nəfər yaralanıb.
Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının sədri Pavel Kirilenko məlumat verib.
"Avqustun 1-də ruslar Donetsk vilayətində 3 dinc sakini öldürüblər: 2-si Maryinkada, 1-i Baxmutda. Daha 3 nəfər yaralanıb",- o bildirib.
Kirilenko vurğulayıb ki, hazırda Ukraynanın Mariupol və Volnovaxa şəhərlərində qurbanların dəqiq sayını müəyyən etmək mümkün deyil.
Nərmin Vüqarqızı