Ukraynanın bu vilayətində məcburi təxliyə başladı

 17:07 02.08.2022     198

Ukraynanın Baş nazirinin müavini - müvəqqəti işğal olunan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk Donetsk vilayətindən məcburi təxliyənin başladığını elan edib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, Telegram kanalında paylaşıb.

"Donetsk vilayətindən məcburi təxliyə başlayıb. İlk qatar bu gün səhər saatlarında Kropivnitskiyə çatıb. Qadınlar, uşaqlar, qocalar, çoxlu sayda hərəkət imkanı məhdud insanlar - hamı qarşılanıb, yerləşdirilib, hamıya kömək edilib", - Vereşçuk bildirib.

Nərmin Vüqarqızı