Nensi Pelosinin təyyarəsinin Tayvana enəcəyi gözlənilir - VİDEO

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin göyərtəsində olduğu təyyarənin Tayvan yarımadasına Bakı vaxtı ilə saat 18.20-də enəcəyi gözlənilir.
Redaktor.az xəbər verir ki, məlumatı CNN yayıb.
Bildirilib ki, tanınmayan Tayvanın hökumət təmsilçisi və ABŞ-ın dövlət məmurlarından birinin məlumatına görə, siyasətçinin Asiya səyahəti çərçivəsində adanı da ziyarət edəcəyi gözlənilir.
Qeyd edək ki, konqresin sədri turne çərçivəsində Yaponiya, Cənubi Koreya, Sinqapur və Malayziyaya səfər edir. Bu gün o, Malayziyada səfərdə olub.
Bu arada Nensi Pelosinin təyyarəsinin bu gün Tayvanına enəcəyi ilə bağlı məlumat yayılandan sonra paytaxt Taypeydəki “Taoyuan” aeroportuna bomba qoyulması barədə təhdid məktubu daxil olub.
Məktubda deyilir: “ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərinin pozulması üçün hava limanına üç partlayıcı qurğu qoyulub.”
Məktubu göndərənin şəxsiyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Tayvanın yerli mətbuatının yazdığına görə, Pelosinin "Grand Hyatt" otelində gecələyəcəyi, Tayvan Parlamentini ziyarət edəcəyi və Administrasiya rəhbəri Cai İnven də daxil olmaqla adanın rəhbərliyi ilə görüşəcəyi deyilir.
Şəms Şahinli