Pekin hücuma hazırlaşır - Müharibə olacaqmı?

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ərəfəsində Çin Cənubi Çin dənizində hərbi təlimlərə başlayıb.
Redaktor.az xəbər verir ki, avqustun 2-dən 6-dək davam edəcək təlim zamanı müxtəlif silahlardan real atışlar yerinə yetiriləcək.
“Global Times” qəzeti yazır ki, Nensi Pelosinin Tayvan adasına ehtimal olunan səfəri fonunda Çin Xalq Azadlıq Ordusunun hərbi dəniz qüvvələrinə məxsus “Liaonin” və “Şandon” təyyarədaşıyan gəmiləri limanlarını tərk edərək hərəkətə başlayıblar.
Bundan başqa, Çinə məxsus amfibiya hücum gəmisi də Cənubi Çin dənizində görünüb.
Qeyd edək ki, rəsmi Pekin Birləşmiş Ştatların Nümayəndələr Palatasının sədri Nensi Pelosinin özünü müstəqil dövlət kimi qələmə verən Tayvan adasında planlaşdırılan səfərinə sərt etirazını bildirib.