Nensi Pelosinin təyyarəsi Tayvana endi - VİDEO

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Çinin xəbərdarlıqlarına baxmayaraq, Tayvana səfər edib.
Redaktor.az xəbər verir ki, spikerin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların müşayiət etdiyi təyyarəsi paytaxt Taypeyin Sunşan hava limanına eniş edib.
Hava limanında Nensi Pelosini Tayvan rəsmiləri qarşılayıb.