Latviyadan Rusiyanı əsəsbləşdirəcək addım - Terrorçu dövlət kimi tanıdı

 19:49 02.08.2022     264

Latviya Seyminin xarici işlər üzrə komissiyası Rusiyanın terrorçu dövlət olaraq tanınması haqqında qanun layihəsini qəbul edib.

Redaktor.az xəbər verir ki, məlumatı “Delfi” yayıb.

Bildirilib ki, “Rusiyanın Ukraynada mülki şəxsləri və ictimai yerləri hədəfə almış hərbi hücumları haqqında” bəyanat layihəsi komissiya tərəfindən yekdilliklə dəstəklənib.

Məlumata görə, sənəddə Rusiya hərbçilərinin Mariupoldakı teatrın binasına, Odessa yaxınlığındakı yaşayış massivinə və Kremençuqda ticarət mərkəzinə hücumlarından bəhs edilir: “Ukraynadakı Rusiya qüvvələrinin qorxu yaymaq və dinc sakinləri sorğulamadan öldürmək məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən qadağan edilmiş kaset bombalarından istifadə edir”.

Layihədə Latviyanın Rusiyanın Ukraynadakı hərəkətlərini yerli xalqa qarşı məqsədyönlü soyqırımı kimi tanıdığı vurğulanıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Rusiya qazının Latviyaya tədarükü bir neçə dəfə dayandırılsa da, iyunun ortalarından etibarən artmağa başlamışdı. Latviya Seymi iyulun 14-də isə 2023-cü il yanvarın 1-dən Rusiyadan təbii qaz nəqlinin tamamilə qadağan olunmasına dair qərar qəbul edib.