“Ordu yüksək hazırlıq vəziyyətindədir” - Çin Müdafiə Nazirliyi

 19:53 02.08.2022     220

Çin Müdafiə Nazirliyi ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərilə bağlı bəyanat yayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki,  bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan brifinqdə danışıb.

Qeyd olunub ki, ABŞ-ın bu hərəkətləri Tayvanın müstəqillik tərəfdarı olan qüvvələrə yanlış siqnal verir.

Onun sözlərinə görə, Çin Pelosinin səfərinə cavab olaraq suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün tədbirləri görəcək:

“Çin Xarici İşlər Nazirliyi Pelosinin Tayvana səfərinə qəti şəkildə qarşı çıxır və onu pisləyir.

ABŞ və Tayvan boğazda status-kvonu dəyişdirmək üçün çox təhlükəli oyun oynayırlar.

Onun Tayvana səfəri Çinin daxili işlərinə kobud müdaxilə, ÇXR-in suverenliyi və ərazi bütövlüyünün, vahid Çin prinsipinin ciddi şəkildə pozulması, eyni zamanda Tayvan boğazı bölgəsində sülh və sabitliyə əhəmiyyətli təhlükədir.

Pelosinin Tayvana səfəri regionda sülh və sabitliyi pozur, separatçı qüvvələrə yanlış siqnallar verir.

Çin tərəfi bir daha ABŞ tərəfini xəbərdar edir ki, ÇXR yüksək hazırlıq vəziyyətindədir,

Çin Xalq Azadlıq Ordusu heç bir halda buna biganə qalmayacaq və ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün mütləq güclü və təsirli cavab tədbirləri görəcək”.