ABŞ şirkətlərinə Çinlə bağlı qadağalar qüvvəyə mindi

 21:08 02.08.2022     571

ABŞ Çinlə bağlı bəzi sanksiyalara start verdi. Belə ki, ABŞ Konqresi ölkənin şirkətlərini yarımkeçiricilərin istehsalında Çinlə rəqabətə təşviq edən “Çip və Elm Aktı” (CHIP-plus) adlanan qanunu qəbul edib.

Redaktor.az "lenta.ru"-ya istinadən xəbər verir ki, sənədə əsasən, dövlət tərəfindən maliyyələşən Amerika texnoloji nəhənglərinə Çində istehsalı genişləndirmək qadağan olunub.

Qeyd edək ki, mikroçiplər avtomobillər və smartfonlar da daxil olmaqla, müxtəlif elektronika məhsullarında istifadə olunur.