İrəvan metrosu "MİNALANDI"...

 21:28 02.08.2022     488

Ermənistanın paytaxtı İrəvanda metronun minalanması xəbəri yayılıb.

Redaktor.az xəbər verir ki, bu barədə bu barədə rəvan metropoliteninin feysbuk səhifəsində məlumat paylaşılıb.

Məlumata görə, saat 18:59-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə stansiyalarda partlayıcı qurğuların qoyulması barədə siqnal daxil olub.

Mülki Müdafiə Qoşunlarının Kollektiv Mərkəzinin kinoloq qrupları və mühəndis dəstəsi həmin yerə göndərilib.

"Hazırda metroda sərnişindaşıma müvəqqəti olaraq dayandırılıb", - məlumatda deyilir.