Çin Tayvana sanksiyalar tətbiq etdi

 22:55 02.08.2022     146

Çin Tayvanın 35 ixracatçısından biskvit və xəmir məhsullarının idxalını dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Tayvanın rəsmi mərkəzi informasiya agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, qida kateqoriyasında Çin gömrüklərində qeydiyyatdan keçmiş 3200 Tayvan şirkəti arasında 2066 şirkət "idxalın dayandırılması" siyahısına salınıb.

Qadağa Çinin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri çərçivəsində tətbiq edilib.