Çin Sədri Pelosinin Tayvana səfərini şərh edib

 01:39 03.08.2022     139

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərini şəxsən şərh edib.

Redaktor.az xəbər verir ki, bu barədə Çin mətbuatı yazıb.

"Pelosinin Tayvana səfəri imperialistlərin qeyri-sivil kampaniyasının növbəti nümayişidir. Biz Amerika irticaçılarının bircə təxribatını belə qaçırmamaq üçün dünyaya geniş gözlə baxmağa davam edirik", - Çin Sədrinin bəyanatında deyilir.

Çinin Mərkəzi Televiziyası da ölkə ordusunun Tayvan yaxınlığındakı təlimlərinin başlamasını əks etdirən kadrlar nümayiş etdirib.

Çinin ABŞ-dakı səfiri Tsin Qanq da rəsmi Pekinin Pelosinin səfərindən qəzəbləndiyini bildirib.

"Biz cavab vermək və suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq üçün bütün mümkün tədbirləri görəcəyik və cavabımız çox qətiyyətli, ağır, güclü olacaq", - Çin səfiri qeyd edib.

Diplomat qeyd edib ki, Pelosi Amerika hakimiyyətinin ən yüksək eşelonunu təmsil edir, buna görə də onun Tayvana səfərini adi hadisə kimi qəbul etmək olmaz.